Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-27,
Seanews
Heyder Eliyev

“Evergreen” gəmiçilik şirkəti üçün 17500 konteyner tikiləcək

“Evergreen Marine Corporation” yeni konteynerlər sifariş edib.

“Seanews.az” xəbər verir ki, onlar “Evergreen Heavy Industrial”-ın öz zavodunda - Malayziyadakı müəssisəsində tikiləcək, çünki əsas istehsalçıların ən azı yayın ortalarına qədər işi çoxdur.

Bildirilir ki, 17500 konteynerin inşasına təxminən 65,2 milyon dollar xərclənəcək.

Bu sövdələşməyə əlavə olaraq, "Evergreen Marine Corporation” 2024-cü ildə 100 min TEU-dan çox ümumi sifariş kitabçasına malikdir.

Ən böyük sifariş portfelinə isə təxminən 500 min TEU ilə “MSC” sahibdir.

“Evergreen” gəmiçilik şirkətinin 2024-cü ilin birinci rübündə xalis gəliri 2023-cü ilin eyni dövründən təxminən üç dəfə artaraq 544.6 milyon dollar olub.

“Daha çox gəlir artımları orta səviyyəli daşıyıcılarda qeydə alınıb. “Evergreen” Şərq-Qərb ticarətində tutumunun demək olar ki, 70%-ni istifadə edir, burada Çindən göndərilən yüklərin daşınma tarifləri bazarın orta göstəricisindən yuxarı qalxıb. Əksər daşıyıcılardan fərqli olaraq, Tayvan xətti 2023-cü ildə itkidən qaça bilib”, - “Alphaliner” qeyd edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır