Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-04,
Seanews
Heyder Eliyev

class="content-title">Venesiyada səyahət gəmilərinin şəhərin mərkəzinə daxil olmasına qadağa qoyulur

İtaliya hökuməti gələn aydan bir tondan ağır gəmilərin Venesiyaya daxil olmasına qadağa qoyur. Məqsəd şəhərin tarixi binalarını qorumaqdan ibarətdir.  

İlkin mərhələdə kiçik səyahət gəmilərinin Venesiyanın tarixi mərkəzindən uzaqda yerləşən Fusina və Lombardia limanına yan almasına qərar verilib.

Böyük sərnişin gəmilərinin şəhərə girişinin qadağan olunması üçün illərdir ki, etirazlar təşkil olunurdu. Hökumətin qərarını iyunda baş verən qəza sürətləndirdi. Bu qəzada 275 metr uzunluğundakı “Opera” gəmisi kiçik bir turist qayığı ilə toqquşdu, beş nəfər yaralandı.

Hökumət 2013-cü ildə də 96 min tondan böyük gəmilərin Giudecca kanalından keçidini qadağan etmişdi. Daha sonra bu mexanizm qüvvədən düşmüşdü. 2017-ci ildə qadağa geri qaytarılsa da, bu dəfə ancaq dörd il ərzində tətbiqi mümkün olmuşdu.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır