Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-11,
Seanews
Heyder Eliyev

Bosfor və Çanaqqala boğazlarından keçid qiyməti artırılacaq

Türkiyə hakimiyyəti iyulun 1-dən gəmilərin Bosfor və Çanaqqala boğazlarından keçid qiymətini 14,7% artırmaq niyyətindədir.

Bu barədə “Seanews.az” ölkənin Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.

Tranzitin dəyəri 2022-ci ilə qədər demək olar ki, 40 il ərzində dəyişməz qalıb və 2023-cü ilin iyulunda 8% artaraq 1 frank üçün 4,42 dollara çatıb. Məbləğ 1936-cı ildə boğazlar ərazisində gəmiçiliyi tənzimləyən Montrö Konvensiyasının imzalanmasından bəri qızıl frankı əsasında hesablanır.

Xatırladaq ki, 1936-cı il Montrö Konvensiyası Türkiyənin Qara dənizdən Aralıq dənizinə qədər Bosfor və Dardanel boğazları üzərində suverenliyini bərpa edən sənəddir. Konvensiyanın 19-cu maddəsinə görə, Türkiyə boğazları döyüşən ölkələrin gəmiləri üçün bağlaya bilər. İstisna yalnız dayanacaqlarına qayıdan gəmilər təşkil edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır