Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-11-06,
Seanews
Heyder Eliyev

ADDA-da “Uşaq Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib

Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) “Azərbaycan Respublikasında uşaqların hüquqlarının qorunması” mövzusunda dəyirmi masa təşkil olunub.

Tədbir ölkədə Ombudsmanın təşəbbüsü ilə elan olunan və 20 oktyabr – 20 noyabr tarixlərini əhatə edən “Uşaq Hüquqları Aylığı” çərçivəsində keçirilib.

Məruzəçilər gənclərin hüquqi maarifləndirilməsinə və cəmiyyətdə uşaq hüquqlarının müdafiəsi mədəniyyətinin təşviqinə diqqət çəkiblər. Bildirilib ki, hər bir uşağın keyfiyyətli təhsil, sağlam mühitdə böyümək, zorakılıqdan və ayrı-seçkilikdən qorunmaq hüquqlarının təmin edilməsi dövlət və cəmiyyətin birgə məsuliyyətidir.

Diskussiya şəraitində keçən tədbir iştirakçıların mövzu ətrafında müzakirələri ilə davam edib. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır