ADDA-da Zəfər Gününə həsr olunmuş şahmat yarışı keçirilib
ASCO-nun Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) 8 Noyabr – Zəfər Gününə həsr olunmuş şahmat yarışı keçirilib.
«Zəfər zəka ilə başlayır» devizi altında təşkil olunan turnirdə 42 tələbə iştirak edib. Yarış İsveçrə sistemi üzrə 7 turdan ibarət olub.
Gərgin və maraqlı keçən mübarizədə iştirakçılar intellektual potensialını, məntiqi təfəkkür və strateji düşünmə bacarıqlarını nümayiş etdiriblər.
Turnirin yekun nəticələrinə əsasən, Ülvi Əlizadə bütün rəqiblərini üstələyərək qalib olub. 2-ci və 3-cü yerləri isə müvafiq olaraq Nihad Quliyev və Səid Ramazanlı bölüşüblər.
Qaliblər hədiyyə və diplomlarla təltif ediliblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır





