Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-11-08,
Seanews
Heyder Eliyev

İİKK: Hörmüz boğazında qaydaları pozan iki tanker minaya düşərək yanıb

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Hörmüz boğazında iki tankerin mina üzərində partlaması barədə məlumat yayıb.

AZƏRTAC xəbər verir ki, İİKK-nın mətbuat xidmətinin bildirdiyinə görə, gəmilər boğazdan İran tərəfindən icazə verilməyən, qadağan olunmuş marşrutla keçməyə çalışıb. Bu zaman gəmi heyəti naviqasiya və identifikasiya sistemlərini də söndürüb.

"Bir neçə dəqiqə əvvəl iki gəmi mina ilə toqquşaraq yanıb. Gəmilərdən biri Hörmüz boğazının şərqində, digəri isə boğazın içərisində hərəkət edərkən qaydaları pozub", — deyə açıqlamada qeyd olunur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır