Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-11-06,
Seanews
Heyder Eliyev

ASCO-da Zəfər Gününə həsr olunmuş tədbir keçirilib - FOTOLAR+VİDEO

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir təşkil olunub.

Tədbirdə ASCO ilə yanaşı, Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) nümayəndələri, şəhid ailələrinin üzvləri və Vətən müharibəsi iştirakçıları və qaziləri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Dövlət Himni səsləndirilib.

Çıxışlarda bildirilib ki, Vətən müharibəsində qazanılmış tarixi Qələbə Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, ölkənin iqtisadi və hərbi qüdrətinin artırılması, xalqımızın birliyinin nəticəsidir. Həmçinin Zəfərdən sonrakı dövrə toxunularaq Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işlərinin həyata keçirildiyi diqqətə çatdırılıb, Böyük Qayıdışın təmin edilməsi istiqamətində görülən işlər vurğulanıb.

Şəhid Pərviz Məmmədovun atası, ASCO-nun Zığ Gəmi Təmiri və Tikintisi Zavodunun əməkdaşı Ələddin Məmmədov çıxışında tarixi Qələbənin əldə olunmasında dövlətimizin qətiyyətli siyasətindən və Azərbaycan Ordusunun qəhrəmanlığından danışıb.

ASCO-nun Məxfi rejim və hərbi səfərbərlik şöbəsinin rəis müavini, Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov tədbir iştirakçıları ilə xatirələrini bölüşüb. O, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Zəfərin əldə olunmasında əsgər və zabitlərimizin şücaətinin, xalqımızın həmrəyliyinin və Vətənə bağlılığın mühüm rolunu vurğulayıb.

Tədbir çərçivəsində Vətən müharibəsində iştirak etmiş ASCO əməkdaşı Altay Həsənli haqqında videoçarx nümayiş etdirilib. Həmçinin ASCO-da çalışan müharibə iştirakçılarının “Heydər zirvəsi”nə yürüşündən hazırlanmış sənədli film təqdim olunub.

Zəfər Günü tədbiri “Dənizi səngərə dəyişənlər” adlı videoçarxın nümayişi ilə yekunlaşıb. Videoçarxda Xəzərin sərt dalğaları ilə mübarizə aparan dənizçilərin Vətən çağırışına səs verərək silaha sarılmaları, torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə göstərdikləri qəhrəmanlıq və Zəfərə gedən döyüş yolları əks olunub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır