Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-11-08,
Seanews
Heyder Eliyev

ABŞ qüvvələri İran limanından çıxan yük gəmisini atəşə tutaraq hərəkətsiz vəziyyətə salıb

ABŞ qüvvələri şənbə günü İran limanlarının dəniz blokadasını yarmağa cəhd edən yük gəmisinə atəş açaraq onu hərəkətsiz vəziyyətə salıb. Bu, son bir ay ərzində belə ilk hadisədir.

“Seanews.az” bu barədə xarici mediaya istinadla xəbər verir.

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, gəminin heyəti dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymayaraq blokadanı pozmağa cəhd edib. Bildirilir ki, ABŞ hərbi təyyarəsi gəminin arxa hissəsinə dəqiq zərbə endirib.

Söhbət İran limanına daxil olduqdan sonra bölgədən çıxmağa çalışan, Sent-Kits və Nevis bayrağı altında üzən “Huda” quru yük gəmisindən gedir. Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) gəminin BƏƏ-nin Xor-Fakkan limanından təxminən 18 dəniz mili şərqdə olduğunu bildirib. Heyətin vəziyyəti barədə məlumatın olmadığı qeyd edilib.

Türkiyənin idarəçiliyində olan gəmi 1999-cu ildə inşa edilib, uzunluğu 159 metr, dedveyti isə 24 993 tondur.

CENTCOM-un məlumatına görə, iyulun ortalarından bəri İran limanlarına tətbiq edilən dəniz blokadası çərçivəsində 147 kommersiya gəmisinin marşrutu dəyişdirilib, daha 5 gəmi hərəkətsiz vəziyyətə salınıb. Bundan əvvəl isə İranın neft ticarətinə xidmət edən 10 kommersiya tankeri məhv edilib.

UKMTO-nun məlumatına əsasən, noyabrın ilk günlərində bölgədə gəmilərə qarşı 6, oktyabrın son günlərində isə daha 5 hücum təsdiqlənib. Ümumilikdə, ilin əvvəlindən indiyədək bölgədə 133 gəminin zədələndiyi, 82 nəfərin xəsarət aldığı və ya həlak olduğu bildirilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır