"Suraxanı" gəmi-muzeyində Açıq Qapı Günü keçiriləcək
ASCO-nun "Suraxanı" gəmi-muzeyində 1 avqust tarixində Açıq Qapı Günü keçiriləcək.
Tədbir çərçivəsində ziyarətçilər saat 10:00-dan 20:00-dək gəmi-muzeyini ödənişsiz ziyarət edə, Azərbaycan dənizçilik tarixini əks etdirən eksponatlarla yaxından tanış ola, həmçinin müxtəlif fotoguşələrdə unudulmaz xatirələr yarada biləcəklər.
Bununla yanaşı, saat 17:00-dan 20:00-dək qonaqlar üçün xüsusi əyləncə proqramı təşkil olunacaq. Proqram çərçivəsində DJ-in iştirakı ilə musiqili şou təqdim ediləcək, müxtəlif interaktiv oyunlar keçiriləcək və animatorlar uşaqların asudə vaxtının maraqlı keçməsini təmin edəcəklər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

