Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-21,
Seanews
Heyder Eliyev

Hindistanda altı sualtı qayığın tikintisi üçün tender dayandırılıb

Hindistan Hərbi Dəniz Qüvvələri üçün altı sualtı qayığın tikintisi üzrə tender dayandırılıb.

Bu barədə “Seanews.az” “Bloomberg”-ə istinadən xəbər verir.

Yerli podratçılar narazılıq ediblər və tender başlamazdan əvvəl bütün şikayətlər araşdırılmalıdır.

Adının açıqlanmasını istəməyən və vəziyyətdən xəbəri olan iki yüksək vəzifəli məmurun sözlərinə görə, tender bir ildir gecikir və daha da gecikə bilər.

Altı dizel-elektrik sualtı qayığın inşasına dair müqavilənin dəyəri 6 milyard dollardır. Almaniyanın müdafiə sənayesi istehsalçısı “ThyssenKrupp Marine Systems” Hindistanın “Mazagon Dock Shipbuilders Ltd” dövlət gəmiqayırma zavodu ilə ortaq şəkildə “İspan Navantia SA”-dan özəl gəmiqayırma şirkəti “Larsen & Toubro Ltd.” ilə layihə uğrunda mübarizə aparır.

Daha əvvəl isə bildirilmişdi ki, Almaniyanın “Thyssenkrupp Marine Systems” konserni bu layihəni əldə edərsə, Hindistanda sualtı qayıqların və hərbi gəmilərin tikintisi üçün dünya mərkəzi yaratmağa söz verir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır