Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-11-12,
Seanews
Heyder Eliyev

ASCO “PeşəFest - 2026” festivalında təmsil olunub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) əməkdaşları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkil etdiyi “PeşəFest - 2026” peşələr festivalında iştirak ediblər.

“Peşə öyrən, gələcəyini qur!” devizi ilə keçirilən festival gəncləri və valideynləri əmək bazarında aktual olan peşələr barədə məlumatlandırmaq və gənclərin peşə seçiminə, karyera istiqamətində doğru addım atmalarına dəstək olmaq məqsədi daşıyıb.

Layihə çərçivəsində ASCO-nun “Suraxanı” gəmi-muzeyinin bələdçisi Əliağa Səfərov və Xəzər Dəniz Neft Donanmasının Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ekologiya şöbəsinin mühəndisi Rüstəm Həsənli müxtəlif şəhər və rayonlarda təşkil olunan tədbirlərdə iştirak ediblər. Onlar  dənizçi peşəsinin xüsusiyyətləri, dəniz nəqliyyatının ölkə iqtisadiyyatındakı rolu və gəmiçilik sahəsində karyera imkanları barədə məlumat veriblər.

Bununla yanaşı, festivalda ASCO-nun stendində gəmiçiliyin tarixi və müasir inkişafını əks etdirən naviqasiya avadanlıqları, gəmi maketləri, xilasedici vasitələr və digər əyani materiallar nümayiş etdirilib.

“PeşəFest - 2026” layihəsinə 18 sentyabrda Sumqayıt şəhərindən start verilib, daha sonra Qax, Mingəçevir, Gəncə, Qazax, Bərdə, Saatlı, Masallı, Naxçıvan Muxtar Respublikasının müxtəlif şəhər və rayonlarında davam etdirilib. Bir aydan çox davam edən festivala Bakıda yekun vurulub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır