Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-11-14,
Seanews
Heyder Eliyev

ABŞ-də köhnələn barj donanması taxıl ixracını risk altına salır

ABŞ-də daxili su yollarında istifadə olunan barjların sayı sürətlə azaldığından, qarşıdakı onillikdə ixrac olunan taxılın daşınmasında ciddi çətinliklər yarana bilər. “CoBank”ın hesabatına görə, mövcud tendensiya davam edərsə, ölkənin daxili barj donanması 2035-ci ilədək təxminən 17,4 faiz kiçilə bilər.

“Seanews.az” xəbər verir ki, hazırda ABŞ-nin daxili su nəqliyyatı donanmasında 19 668 barj var. Son 10 ildə donanmanın orta yaşı 13,8-dən 17,6-ya yüksəlib. İldə təxminən 410 yeni barj tikildiyi halda, 500–1000 barj istismardan çıxarılır.

Donanmanın yenilənməsinə əsas maneə yeni barjların yüksək qiymətidir. Hazırda bir taxıldaşıyan barjın tikintisi təxminən 1 milyon dollara və ya daha artıq məbləğə başa gəlir. Halbuki 10 il əvvəl bu göstərici 650 min dollar civarında olub.

Hesabatda bildirilir ki, Missisipi çayında su səviyyəsinin tez-tez azalması, eləcə də köhnəlmiş şlüz və bəndlər daşımaları çətinləşdirir. Eyni zamanda, ABŞ-nin taxıl və yağlı bitki ixracının 2035-ci ilədək 9 faiz artacağı proqnozlaşdırılır.

Missisipi çayı vasitəsilə ölkənin qarğıdalı və soya ixracının təxminən yarısı, buğda ixracının isə üçdə biri daşınır. Barj donanmasının azalması və daşınma xərclərinin artması fermerlərin gəlirlərinə və ABŞ-nin beynəlxalq bazarlardakı rəqabət qabiliyyətinə mənfi təsir göstərə bilər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır