Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-11-19,
Seanews
Heyder Eliyev

İrlandiya sahillərində saya oturan yük gəmisinin 6 ekipaj üzvü helikopterlə təxliyə edilib

Noyabrın 17-də yerli vaxtla saat 02:00-dan az sonra İrlandiyanın Ueksford qraflığı sahillərində Belçika bayrağı altında üzən 88 metr uzunluğunda “Fast Jef” yük gəmisi saya oturub.

“Seanews.az” xarici mediaya istinadla xəbər verir ki, İrlandiya Sahil Mühafizəsinin “Rescue 116” helikopteri gəminin altı ekipaj üzvünü təxliyə edərək Ueston hava limanına çatdırıb. Tibbi müayinədən keçirilən dənizçilərin heç birinin xəsarət almadığı bildirilib.

Xilasetmə əməliyyatına yaxınlıqdakı üç stansiyanın RNLI xilasedici qayıqları və yerli Sahil Mühafizəsi bölməsi də cəlb olunub. Hadisə zamanı ərazidə cənub-qərb istiqamətli küləyin gücü fırtına həddinə çatıb, dənizdə dalğalanma güclü olub.

Gəmi hazırda saya oturmuş vəziyyətdə qalır. Sahil Mühafizəsi onun vəziyyətini izləyir və gəmi sahibi ilə əlaqə saxlayır. Gəminin aldığı zərərin qiymətləndirilməsi üçün pilotsuz uçuş aparatlarından və aviasiyadan da istifadə olunur.

Hadisənin dəqiq səbəbi açıqlanmayıb. Sahil Mühafizəsinin əməliyyatlar üzrə rəhbəri Kevin Uitni insidentin cənub-qərb küləkləri ilə əlaqəli ola biləcəyini bildirib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır