Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-11-18,
Seanews
Heyder Eliyev

Rumıniya sahillərində drift edən yük gəmisi dayazlığa oturub

Qara dənizdə, Rumıniyanın Konstansa bölgəsində  drift edən “Mariam M” yük gəmisi sahilə yaxın ərazidə dayazlığa oturub. Bununla da gəminin noyabrın 14-dən bəri davam edən nəzarətsiz hərəkəti başa çatıb.

“Seanews.az” xarici mediaya istinadla xəbər verir ki, gəmi sentyabrın 17-də Ukraynanın Reni limanına doğru hərəkət edərkən Rusiya dronunun hücumuna məruz qalıb. Zərbə nəticəsində gəminin körpüsündə yanğın baş verib. Ukrayna rəsmiləri kapitanın həlak olduğunu, üç heyət üzvünün yaralandığını bildiriblər.

Heyət gəmini tərk edib, xilasetmə işləri təşkil olunana qədər gəmi sahildən kənarda lövbərdə saxlanılıb. Noyabrın 14-də lövbər zəncirinin qırılması nəticəsində gəmi drift etməyə başlayıb və cənuba, Bolqarıstan istiqamətində hərəkət edib.

Rumıniyanın axtarış-xilasetmə qurumu yedək gəmisini hadisə yerinə göndərsə də, dənizdəki əlverişsiz hava şəraiti səbəbindən yedək trosunu bağlamaq mümkün olmayıb. Nəticədə “Mariam M” Konstansa bölgəsindəki Vadu kəndi yaxınlığında sahilə oturub.

Gəmi sahibi onu dayazlıqdan çıxarmaq üçün özəl yedək şirkəti ilə müqavilə bağlayıb. Əməliyyatdan sonra gəminin təmir üçün tərsanəyə aparılması planlaşdırılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır