Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-11-18,
Seanews
Heyder Eliyev

“NYK” əsas və köməkçi mühərrikləri ammonyakla işləyən ilk gəmisini təqdim edib

Yaponiyanın gəmiçilik şirkəti “NYK” yeni inşa edilmiş, ammonyak yanacağı ilə işləyən orta ölçülü qazdaşıyan gəmisinin təqdimat mərasimini keçirib.

“Seanews.az” xəbər verir ki, 40 min kubmetr tutumlu “Izanami” gəmisi həm əsas, həm də köməkçi mühərriklərinin ammonyakla işləməsi ilə seçilir. Gəminin ikiyanacaqlı əsas mühərriki “Japan Engine Corporation”, dördtaktlı köməkçi mühərrikləri isə “IHI Power Systems” tərəfindən hazırlanıb.

Gəmi dövlət və özəl sektorun tərəfdaşlığı çərçivəsində, Yaşıl İnnovasiya Fondu layihəsinin bir hissəsi olaraq inşa edilib. Layihə yerli istehsal olan ammonyak yanacaqlı mühərriklərlə təchiz edilmiş gəmilərin hazırlanmasını nəzərdə tutur.

Əməliyyat sınaqları zamanı gəminin istismar göstəriciləri, təhlükəsizliyi və istixana qazı emissiyalarının azaldılmasına təsiri real şəraitdə yoxlanılacaq. Əldə olunan təcrübənin gələcəkdə ammonyakla işləyən gəmilərin hazırlanması və istismarı üçün istifadə edilməsi planlaşdırılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır