Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-11-19,
Seanews
Heyder Eliyev

Hörmüz boğazında ADNOC tankerinə hücum: 1 dənizçi itkin düşüb, 11 nəfər yaralanıb

Birləşmiş Ərəb Əmirliklərinin ADNOC logistika və xidmətlər şirkətinə məxsus “Navig8 Messi” məhsul tankeri noyabrın 17-də axşam saatlarında Hörmüz boğazından keçərkən hücuma məruz qalıb. Hadisə nəticəsində bir dənizçi itkin düşüb, 11 nəfər yaralanıb.

“Seanews.az” bu barədə xarici mediaya istinadla xəbər verir.

Şirkət hadisədən sonra axtarış-xilasetmə əməliyyatlarının davam etdiyini, ekipajın qalan üzvlərinin gəmidən təxliyə olunduğunu və yaralıların tibbi yardım aldığını bildirib.

Liberiya bayrağı altında üzən tanker Oman sahillərindəki Xəsəb limanından təxminən 13 dəniz mili şimalda naməlum mərmi ilə vurulub. Bu, “Navig8 Messi” tankerinə son dörd ay ərzində Hörmüz boğazında edilən ikinci hücumdur. Gəmi avqustun 13-də də pilotsuz uçuş aparatı ilə hücuma məruz qalmışdı.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır