Çanaqqala boğazı keçidlərində mühüm dəyişikliklər edilib
Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin Dənizçilik Baş İdarəsi “Türk Boğazları Dəniz Trafik Qaydalarının Tətbiqi Təlimatı”nı yeniləyib.
"Seanews.az" xəbər verir ki, 01 yanvar 2024-cü ildən qüvvədə olan sənəd, dənizçilik sahəsində dəyişən tələblər və yenilənmiş normativ-hüquqi aktlar nəzərə alınmaqla yenidən işlənib. 13 oktyabr 2025-ci ildə qüvvəyə minəcək yeni dəyişikliklər xüsusilə Çanaqqale boğazı üzrə gəmi keçidlərinə təsir göstərəcək.
Yeni qaydalar çərçivəsində əsas yeniliklər bunlardır:
Konteyner gəmiləri üçün gecə keçidi icazəsi: Əvvəllər yalnız tam uzunluğu 300 metr və daha böyük olan sərnişin gəmilərinə tətbiq edilən Çanaqqala boğazında gecə keçid icazəsi artıq konteyner gəmilərinə də şamil olunacaq.
Gəliş vaxtının əvvəlcədən bildirilməsi: Tam uzunluğu 300 metr və daha artıq olan sərnişin və konteyner gəmilərinin keçid planlamasının səmərəli həyata keçirilməsi üçün gəliş vaxtındakı dəyişikliklər ən azı 6 saat əvvəl Türk Boğazları Gəmi Trafik Xidmətləri Mərkəzinə bildirilməlidir.
Yedək römorkör uzunluğu artırılıb: Türkiyə bayrağı altında fəaliyyət göstərən və dənizaltı xidmətlər və liman tikintisi ilə məşğul olan römorkörlərin yedəyə götürdüyü gəmilər üçün icazə verilən maksimal yedək uzunluğu 90 metrdən 120 metrə yüksəldilib.
LPG gəmilərinin gecə keçidi: Tam uzunluğu 150 ilə 200 metr arasında olan və yük daşımayan LPG gəmilərinə Çanaqqala boğazından gecə saatlarında da, mütləq kılavuz kapitan və römorkör müşayiəti ilə keçid icazəsi veriləcək.
Yenilənmiş təlimatın tam mətni və əlaqədar dənizçilik normativləri Türkiyə Dənizçilik Baş İdarəsinin rəsmi internet səhifəsindən əldə oluna bilər.

