Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-11-18,
Seanews
Heyder Eliyev

Karib hövzəsi ölkələri “Melissa” qasırğasının təsirinə hazırlaşır

Atlantik okeanında formalaşan “Melissa” qasırğası “Saffir–Simpson” şkalası üzrə mümkün beş kateqoriyadan dördüncüsünə qədər güclənib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

ABŞ Milli Qasırğa Mərkəzinin verdiyi məlumata görə, qasırğa Karib dənizinin şimalında yerləşən bir sıra ölkələrə, xüsusilə Haiti və Yamaykaya güclü daşqınlar gətirə bilər.

Meteoroloqların proqnozuna əsasən, “Melissa” çərşənbə axşamı gecə saatlarında Yamaykanın cənub sahillərinə çatacaq.

NHC xəbərdarlıq edib ki, qasırğa Yamayka və Haitidə 760 millimetrədək yağıntı gətirə və regionun infrastrukturuna ciddi ziyan vura bilər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır