Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-21,
Seanews
Heyder Eliyev

ıda “Caspian Oil&Gas” beynəlxalq sərgisi başla

Sabah Bakıda XXIV Beynəlxalq Xəzər Neft-Qaz (“Caspian Oil&Gas-2017”) və VII Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji (“Caspian Power 2017”) sərgiləri başlayır. Bununla bağlı bu gün keçirilən mətbuat konfransında əsas təşkilatçı – “ITE Group” şirkətinin regional direktoru Edvard Stroon qeyd edib ki, artıq iyirmi ildən çoxdur ki, sərgi etibarlı işgüzar əlaqələrin qurulması, qarşılıqlı faydalı müqavilələrin imzalanması və layihələrin uğurlu icrası üçün münasib platforma kimi xidmət göstərir: “Sərginin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin  iştirak etməsi sərginin yüksək statusunu bir daha təsdiq edir. Hər il “Caspian Oil&Gas” sərgi və konfransına yüksək vəzifəli qonaqlar gəlir. Bu il VİP qonaqlar arasında ABŞ-ın Energetika Bürosunun enerji siyasəti üzrə katib köməkçisinin müavini Robin Danniqan, Anqolanın neft naziri Xose Maria Botelyo de Vaskonselos, Rumıniya energetika nazirinin müavini Yulian Robert Tudoraçeni qeyd etmək olar”. Xəzər Neft-Qaz Sərgisinin meneceri Tofiq Kərimov bildirib ki, builki sərgidə 30 ölkəni təmsil edən 289 şirkət iştirak edir. Onun sözlərinə görə, tədbirdə Azərbaycan, Belarus, Niderland, Belçika, İtaliya, İspaniya, Yaponiya, Qazaxıstan, Çin və digər ölkələrin şirkətləri iştirak edəcək: “İtaliya sərgidə öz milli pavilyonu ilə iştirak edəcək. İştirakçıların ümumi sayının 15%-ni təşkil edən debütantlar arasında ABŞ, Böyük Britaniya, Rumıniya və digər ölkələri təmsil edən şirkətlər yer alır”. “Caspian Oil&Gas” layihəsinə Azərbaycan Energetika Nazirliyi və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən də dəstək verilir. “Caspian Power” sərgisi Energetika Nazirliyi və Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən dəstəklənir. Sərginin iştirakçıları arasında Azərbaycan, Belarus, Türkiyə və digər ölkələrin energetika texnologiyaları üzrə aparıcı təchizatçı şirkətləri var. Sərginin ekspozisiyası çərçivəsində su və istilik elektroenergetikası, atom energetikası, eləcə də nəzarət, ölçmə, idarəetmə və avtomatik nizamlama cihazları, habelə sənaye və kommunal-məişət energetikası, enerjiyə qənaət edən texnologiyalar, radio-tezlik kabelləri, sənaye avtomatlaşdırılması üçün kabellər və s. təqdim olunacaq. Sərgilər iyunun 3-də başa çatacaq.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır