Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-21,
Seanews
Heyder Eliyev

Dənizçi günü” münasibəti ilə foto müsab

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəsmi mətbuat orqanı olan “Dəniz” qəzeti  25 iyun – “Dənizçi günü” münasibəti ilə əməkdaşlar arasında foto müsabiqə elan edir. Şərtlər aşağıdakı kimidir 1. Müsabiqədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin əməkdaşları ilə yanaşı, gələcəyin dənizçisi olacaq Azərbaycan Dövlət Dəniz Akademiyası və onun nəzdində olan Dəniziçilik Kollecinin tələbələri   də iştirak edə bilərlər.        2. Göndərilən foto dənizçi peşəsi və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi ilə əlaqəli olmalıdır.       3. Bir iştirakçı yalnız bir şəkil göndərə bilər.       4. Kompyuter effektləri və foto montajdan istifadə edilə bilməz. Bununla belə, şəkillər mümkün qədər keyfiyyətli olmalıdır.        5. Fotolar son 6 ay ərzində çəkilməlidir.     6. İştirakçı fotoların müsabiqədə istifadəsinin üçüncü şəxslərin hüquqlarını pozmadığına zəmanət verir və insan təsvirlərindən qeyri-qanuni istifadəyə görə məsuliyyət daşıyır.    7. Fotolar çəkilərkən əmin olmaq lazımdır ki, kadrda Cəmiyyətin işçisinin həyatı və əmlakı təhlükə, risk altında deyil. SƏTƏMM normalarına riayət olunması mütləqdir.   Qeyd: Yalnız yuxarıda qeyd olunan qaydalara uyğun çəkilən fotoların müəllifləri  iştirakçı statusu qazanacaqlar. Müsabiqəyə qəbul olunan fotolar yaradılmış xüsusi komissiya tərəfindən seçiləcək. Müsabiqəyə çıxarılan fotoşəkillərin qiymətləndirilməsi aşağıdakı qaydada aparılacaq:     1. Müsabiqəyə qəbul olunmuş şəkillər “seanews.az” (https://www.facebook.com/seanews.az/)  facebook səhifəsində paylaşılacaq.     2. Qalib “like”-ların sayı və xüsusi komissiyanın qərarı ilə müəyyənləşəcək.       3. “Like”-ların təhlili zamanı saxta hesablardan verilən səslər xaric ediləcək.      4. Ən yaxşı beş fotonun müəllifi hədiyyə ilə mükafatlandırılacaq. Fotolar mayın 25-dən iyunun 20-dək qəbul olunacaq və seanews.az@gmail.com elektron ünvanına göndərilməlidir. Qeyd olunan tarixdən gec göndərilən fotoşəkillər qəbul edilməyəcək. Qaliblərin adı 23 iyunda açıqlanacaq. Şəkil yollayarkən ad və soyad, vəzifə, əlaqə nömrəsini yazmaq mütləqdir.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır