Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

A-da təkrar ali təhsil almaq üçün sənəd qəbulu başla

Azərbaycan Dövlət Dəniz Akademiyası 2017/2018-ci tədris ilində ödənişli əsaslarla təkrar ali təhsil almaq üçün sənəd qəbulu elan edir. Sənəd qəbulu aşağıdakı ixtisaslar üzrə aparılacaq: 050620 – Dəniz naviqasiyası mühəndisliyi 050619 – Gəmi energetik qurğularının istismarı mühəndisliyi 050626 – Elektrik mühəndisliyi 050618 – Gəmiqayırma və gəmi təmiri mühəndisliyi Təkrar ali təhsilə müraciət Akademiyanın əsas binasında həyata keçirilir. Qeyd olunan ixtisaslara qəbul olmaq istəyənlər tələb olunan aşağıdakı sənədləri rəsmi və ya elektron qaydada təqdim edə bilərlər. Rektorun adına ərizə; Ali təhsil haqqında sənədin (diplomun) notarial qaydada təsdiqlənmiş surəti (diploma əlavə ilə birlikdə); İş yerindən arayış (işlədiyi halda); 3×4 sm ölçüdə 6 ədəd fotoşəkil; Şəxsiyyət vəsiqəsinin surəti. Qeyd edək ki, 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra Akademiyada təkrar ali təhsil ala bilərlər.   Dövlət və özəl ali təhsil müəssisələrinin məzunları Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə  təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”na uyğun olaraq ilkin baza təhsili proqramları ilə yenidən əldə ediləcək ixtisasın baza təhsili proqramı arasındakı fərqin bir ilinə hesablanmış saatdan çox olması şərtilə təkrar ali təhsil ala bilərlər. Sənədlərin qəbulu 2017-ci il iyulun 5-dən avqustun 1-dək aparılacaq. Ünvan: AZ1000, Azərbaycan Respublikası, Bakı şəhəri, Zərifə Əliyeva küç. 18 Tel.: (+99412) 4933644, Faks: (+99412) 4937521 E-mail:  akademiya@acsc.az ; ramis.mammadov@acsc.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır