Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

ıda Neft və Qaz Sənayesi Mühəndisləri Cəmiyyətinin IV Xəzər Texniki Konfransı və Sərgisi keçirilə

Neft və Qaz Sənayesi Mühəndisləri Cəmiyyətinin (SPE) IV Xəzər Texniki Konfransı və Sərgisi noyabrın 1-3-də Bakıda keçiriləcək. SPE-dən  bildiriblər ki, Xəzər regionunun neft-qaz sənayesini təmsil edən yüksək vəzifəli şəxslər və texniki ekspertlər bu aparıcı regional texniki konfransa gələcəklərini artıq təsdiq ediblər. SOCAR şirkətinin dəstəyi ilə təşkil edilən konfransda Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan, ABŞ, Avropa və Asiya ölkələrindən neft-qaz sahəsinin peşəkarları, o cümlədən beynəlxalq və milli neft-qaz şirkətlərinin, hökumət orqanlarının, servis şirkətlərinin, ali məktəblərin, qeyri-hökumət təşkilatlarının və digər təşkilatların nümayəndələri iştirak edəcəklər. “Mənfəət axtarışında” mövzusunda olan builki konfransa üç panel sessiyası daxilidir. Sessiya iştirakçıları Azərbaycanda və bütövlükdə Xəzər regionunda kəşfiyyat və hasilat sahəsinin aktual problemlərini nəzərdən keçirəcək və onların həlli yollarını müzakirə edəcəklər. Panel sessiyalarında aşağıdakı mövzular işıqlandırılacaq: modernləşdirmə: yeni texnologiyaların tətbiqini və istifadəsini necə sürətləndirməli; lokallaşdırma: ali təhsilin inkişafı və regionun neft-qaz təchizatı sistemi; əməkdaşlıq: neft-qaz sənayesinin əlaqədar tərəfləri innovativ həllər tətbiq etməklə aktivlərin qiymətini necə maksimum həddə çatdıra bilərlər. Sessiyalarda SOCAR, SOCAR AQS, BP, TOTAL, “ExxonMobil”, “DeGolyer and MacNaughton”, “Gazprom Neft NTC”, “PJSC Novatek”, “Dragon Oil”, “NC JSC KazMunaiGaz”, “TengizChevroil”, “Schlumberger”, “Halliburton”, “Baker Hughes” kimi şirkətlərin, habelə Qazaxıstan Energetika Nazirliyinin ekspertləri çıxış edəcəklər. Əsas sessiyalarla bərabər, konfransın texniki proqramında 12 texniki sessiya da nəzərdə tutulub. Tədqiqatlara əsaslanan təqdimatların hamısının ümumi mövzusu xərclərin azaldıldığı şəraitdə müasir vasitə, texnologiya və texnikanın Xəzər regionunda necə tətbiq edilməsi məsələsi olacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır