Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-11-17,
Seanews
Heyder Eliyev

Çinin “Mengxiang” qazma gəmisi sualtı qazma sistemləri üzrə dünya rekorduna imza atıb

Çinin milli istehsalı olan “Mengxiang” okean qazma gəmisi 2000 metrlik su dərinliyi üçün nəzərdə tutulmuş yeni qazma sisteminin 33 günlük dəniz sınaqlarını uğurla başa çatdırıb. Sınaqlar zamanı sistem 2004,8 metr dərinlikdə işlədilib və bu göstərici ilə analoji texnologiyalar üzrə əvvəlki dünya rekordunu yeniləyib. Əvvəlki beynəlxalq rekord 1419 metr təşkil edirdi.

“Seanews.az” xəbər verir ki, Çinin Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, ölkənin ilk yerli istehsalı olan bu sistem qazma məhlulunun qaldırıcı boru kəməri olmadan dövriyyəsini və təkrar istifadəsini təmin edir. Texnologiya uzunmüddətli dərin dəniz qazma əməliyyatlarında məhlul sərfiyyatını və dəniz dibinə axıdılmanı azaltmağa imkan verir.

2024-cü ildə istismara verilən “Mengxiang” indiyədək doqquz səfər həyata keçirib. Gəminin dörd qazma rejiminin hamısının sınaqdan keçirilməsi Çinin ultra dərin dəniz qazma texnologiyaları sahəsində imkanlarını genişləndirir. Yeni sistemin gələcəkdə dərin dəniz mədənçiliyi, eləcə də dənizdə neft və qaz kəşfiyyatında istifadəsi nəzərdə tutulur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır