ADDA-da kiber təhlükəsizlik mövzusunda infosessiya keçirilib
Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) Su Nəqliyyatında Polis İdarəsi ilə birgə kiber təhlükəsizlik mövzusunda infosessiya təşkil olunub.
Görüşdə iştirakçılara kiber risklər, onlardan qorunma yolları, o cümlədən onlayn əməliyyatlar zamanı diqqət yetirilməli olan əsas məqamlar barədə ətraflı məlumat verilib.
Diqqətinə çatdırılıb ki, internetdə ehtiyatlı davranmaq, şübhəli keçidlərdən istifadə etməmək, şəxsi məlumatları qorumaq kiber təhlükələrdən müdafiənin əsas şərtlərindəndir. Məhz bunlar sayəsində rəqəmsal mühitdə təhlükəsiz davranış vərdişləri formalaşdırmaq olar.
İnteraktiv formatda keçirilən infosessiyada iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır









