ASCO-nun "facebook" səhifəsində dəniz və dənizçilik mövzusunda Foto Müsabiqə keçirilir
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) rəsmi facebook səhifəsi “Dəniz və Dənizçilik” mövzusunda foto-müsabiqə elan edir.
Müsabiqənin şərtləri:
Müsabiqəyə son bir ildə peşəkar yaxud həvəskar fotokamera ilə və ya mobil telefonla çəkilən fotolar qəbul olunur;
Fotoların üzərində heç bir ad, işarə, imza, tarix olmamalıdır;
Hər iştirakçı müsabiqəyə bir ədəd foto göndərə bilər;
Müsabiqəyə göndərilən fotolar daha əvvəl heç bir qəzet, jurnal, internet saytlarında, sosial şəbəkələrdə və müsabiqələrdə iştirak etməməlidir;
İnternetdən başqalarına məxsus fotoların mənimsənilməsinə icazə verilmir. Əks təqdirdə, o müsabiqədə iştirakdan kənarlaşdırılacaq;
İctimai, mənəvi və etik normaları pozan fotolar müsabiqəyə qəbul edilməyəcək;
Müsabiqəyə təqdim olunan fotolara qrafik proqramlar vasitəsi ilə montaj və əlavələr etmək olmaz;
Müəlliflər fotolarını ad, soyad, ata adı, əlaqə məlumatları və mövzu yerinə “foto-müsabiqə” qeyd etməklə [email protected] ünvanına göndərməlidirlər;
Fotoların qəbulu üçün son tarix: 06.10.2019-cu ildir.
Fotolar 07.10.2019-cu ildən 17.10.2019-cu il tarixinədək ASCO-nun rəsmi facebook səhifəsində (https://www.facebook.com/Azerbaijan.Caspian.Shipping.Company/?epa=SEARCH_BOX) açıq səsverməyə çıxarılacaq. Ən çox bəyənilən fotonun müəllifi qalib olacaq.
Müsabiqə boyunca saxta səs toplayan iştirakçıların səsləri nəzərə alınmayacaq.
Qalibin adı oktyabrın 21-də açıqlanacaq.