

“Dəniz və Dənizçilik” mövzusunda keçirilən foto-müsabiqənin səsvermə mərhələsinə start verilib
“Dəniz və Dənizçilik” mövzusunda foto-müsabiqənin səsvermə mərhələsinə start verilib.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) rəsmi facebook səhifəsində elan olunan “Dəniz və Dənizçilik” mövzusunda foto-müsabiqəyə fotoların qəbulu üçün verilən vaxt başa çatıb.
Bugündən fotolar açıq səsverməyə çıxarılacaq. Ən çox bəyənilən fotonun müəllifi qalib olacaq. Səsvermə 17.10.2019-cu il tarixinədək davam edəcək.
Müsabiqə boyunca saxta səs toplayan iştirakçıların səsləri nəzərə alınmayacaq.
Qalibin adı oktyabrın 21-də açıqlanacaq.
Fotolarla BURADAN tanış ola bilərsiniz.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır