Ehtiyat Kadr Bazasının formalaşdırılması məqsədilə ASCO-da keçiriləcək imtahanlar təxirə salınıb
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-də (ASCO) siravi heyətlə bağlı Ehtiyat Kadr Bazasının formalaşdırılması məqsədilə 04-05-06 mart tarixlərində Azərbaycan Dövlət Dəniz Akademiyasında keçirilməsi nəzərdə tutulan test imtahanları koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması istiqamətində ölkədə həyata keçirilən tədbirlərə uyğun olaraq qeyri-müəyyən müddətədək təxirə salınıb.
İmtahanlara dəvət olunmuş namizədlərə imtahanın yeni vaxtı müəyyənləşdikdən sonra məlumat veriləcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır