Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-26,
Seanews
Heyder Eliyev

ASCO-da 2019-cu ilin yekunlarına görə ən yaxşıların adları açıqlanıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də ( ASCO)  2019-cu ilin yekunlarına görə “Ən yaxşı gəmi”, “Ən yaxşı kapitan”, “Ən yaxşı mexanik”, “Ən yaxşı elektrik mexaniki”, “Ən yaxşı bosman”, “Ən yaxşı matros”, “Ən yaxşı motorçu”, “Ən yaxşı gəmi təmirçisi”, “Ən yaxşı müəllim”  və “İlin gənc dənizçisi” nominasiyaları üzrə qaliblərin adları açıqlanıb.

Ən yaxşılar ASCO sədri Rauf Vəliyevin imzaladığı əmrlə müsabiqənin keçirilmə qaydaları və Təşkilat komitəsinin müvafiq protokolu nəzərə alınaraq müəyyənləşdirilib. Bu müsabiqənin əsas məqsədi istehsalat tapşırıqlarının yerinə yetirilməsində yüksək nəticələrə nail olan və dəniz nəqliyyatının inkişafında səmərəli fəaliyyət göstərən dənizçilərin əməyini qiymətləndirməkdir.

2019-cu ilin ən yaxşılarının siyahısını təqdim edirik:

1. “Ən yaxşı gəmi”:

Xəzər Dəniz Neft Donanmasının (XDND) “Nefteqaz-58” gəmisi

Dəniz Nəqliyyat Donanmasının (DND) “Professor Gül” gəmisi

2. “Ən yaxşı gəmi” nominasiyası üzrə II yer:

XDND-nin “Zülfü Hacıyev”gəmisi

DND-nin “Maestro Niyazi” gəmisi

3. “Ən yaxşı kapitan”:

XDND-nin “Şüvəlan” gəmisinin kapitanı Quliyev Rauf Rəhman oğlu

DND-nin “Babək” gəmisinin kapitanı Ağalarov Balaca Şirin oğlu 

4. “Ən yaxşı kapitan” nominasiyası üzrə II yer:

XDND-nin “Kapitan Ağasiyev” gəmisinin kapitanı Zeynalov Zakir Abbas oğlu

DND-nin “Maestro Niyazi” gəmisinin kapitanı Fətəliyev Asim Şərafəddin oğlu

5. “İlin gənc dənizçisi”:

XDND-nin “Mərdəkan”gəmisinin mexaniki Səfərov Elmar Xalıq oğlu

XDND-nin “Mərdəkan”gəmisinin kapitanın II köməkçisi Səfərli Fəhmin Elşən oğlu

DND-nin “Akademik Zərifə Əliyeva” gəmisinin III mexaniki Mehdiyev Əjdər İskəndər oğlu

DND-nin “Professor Əziz Əliyev” gəmisinin kapitanın növbə köməkçisi Paşayev Emin Ədalət oğlu

6. “Ən yaxşı mexanik”:

XDND-nin “General Əliağa Şıxlinski” gəmisinin mexaniki Əsgərov Yahya İsmayıl oğlu

DND-nin “Naxçıvan” gəmisinin mexaniki Mehdiyev Elman Fazil oğlu

7. “Ən yaxşı mexanik” nominasiyası üzrə II yer:

XDND-nin “Sumqayıt” gəmisinin mexaniki Məmmədov Rahib Məstiəli oğlu

DND-nin “Balakən” gəmisinin mexaniki Orucov Səid Şirinbala oğlu 

8. “Ən yaxşı elektrik mexaniki”:

XDND-nin “General Əliağa Şıxlinski” gəmisinin elektrik mexaniki İbrahimov Anar Şahin oğlu

DND-nin “General Aslanov” gəmisinin elektrik mexaniki Tağıyev Tacir Yusif oğlu

9. “Ən yaxşı elektrik mexaniki” nominasiyası üzrə II yer:

XDND-nin “Nefteqaz-64” gəmisinin elektrik mexaniki Əhmədov Bəylər Hüseyn oğlu

DND-nin “Zəngəzur” gəmisinin elektrik mexaniki Abuşov Fərid Zeynalabdin oğlu

10. “Ən yaxşı bosman”:

XDND-nin “Lyutoqa” gəmisinin bosmanı Hüseynov Ağalar Ağacan oğlu

DND-nin “Şair Vaqif” gəmisinin bosmanı İsmayılov Asif Cəfər oğlu

11. “Ən yaxşı bosman” nominasiyası üzrə II yer:

XDND-nin “General Əsədov” gəmisinin bosmanı Məmmədov Hafis Şahniyar oğlu

DND-nin “Koroğlu” gəmisinin bosmanı Mahmudov Natiq Abduləli oğlu

12. Ən yaxşı matros:

XDND-nin “Zərdab-4” gəmisinin matrosu Hüseynov Ədalət Əvəz oğlu

DND-nin “Şah İsmayıl Xətai” gəmisinin matrosu Ağayev Mətləb Nəriman oğlu

13. “Ən yaxşı matros” nominasiyası üzrə II yer:

XDND-nin “Kapitan Ağasiyev” gəmisinin matrosu Şiriyev Məmməd Rəsul oğlu

DND-nin “Maestro Niyazi” gəmisinin matrosu Quliyev Ədalət Əli oğlu

14. “Ən yaxşı motorçu”:

XDND-nin “Lyutoqa” gəmisinin motorçusu Zeynalov Xəqani Əlisalam oğlu

DND-nin “Şuşa” gəmisinin motorçusu Məmmədov Aydın Məmməd oğlu

15. “Ən yaxşı motorçu” nominasiyası üzrə II yer:

XDND-nin “Şüvəlan” gəmisinin motorçusu Xudaverdiyev Heydər Məmməd oğlu

DND-nin “Maestro Niyazi” gəmisinin motorçusu Əliyev Mübariz Razim oğlu

16. “Ən yaxşı gəmi təmirçisi”:

“Zığ” GTTZ-nin gəmi gövdə təmirçisi Zəkiyev Elmin Bədəl oğlu

“Bibiheybət” GTZ-nin gəmi gövdə təmirçisi Ağayev Habil Əyyub oğlu

17. “Ən yaxşı gəmi təmirçisi” nominasiyası üzrə II yer:

“Zığ” GTTZ-nin gəmi təmiri çilingəri Əliməmmədov Murad İsa oğlu

“Bibiheybət” GTZ-nin rəngsazı Mustafayev Vüsal Gülhüseyn oğlu

18. “Ən yaxşı müəllim”:

ADDA-nın Gəmi energetik qurğuları kafedrasının müdiri İsmayılov Akif Şəmil oğlu

Nominasiya üzrə birinci yerin qaliblərinə onların aylıq vəzifə maaşlarının iki misli məbləğində, ikinci yerin qaliblərinə isə onların aylıq vəzifə maaşlarının bir misli məbləğində mükafat veriləcək.

“Ən yaxşı gəmi” nominasiyası üzrə birinci yeri tutmuş gəmilərin heyət üzvlərinin hər biri onların aylıq vəzifə maaşlarının bir misli, ikinci yeri tutmuş gəmilərin heyət üzvlərinin hər biri onların aylıq vəzifə maaşlarının 0,5 misli məbləğində mükafata layiq görülüb.

 “Ən yaxşı müəllim” nominasiyasının qalibinə aylıq vəzifə maaşının iki misli, “İlin gənc dənizçisi” adını almış işçilərə isə  onların aylıq vəzifə maaşlarının bir misli məbləğində mükafat təyin olunub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır