Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-23,
Seanews
Heyder Eliyev

NATO döyüş gəmilərini yeni sistemlər ilə təchiz edəcək

Avropalı gəmi istehsalçıları NATO gəmilərində ən son "BlackFish HMS" hidroakustik sistemlərini və "WhitePointer UC" sualtı rabitə sistemlərini quraşdıracaqlar.

Trend-in məlumatına görə, bu barədə "Naval News" xəbər verib.

Nəşr bildirib ki, "BlackFish HMS" həm sahilyanı, həm də dərin dənizdə sualtı qayıqlara qarşı əməliyyatlarda iştirak edən orta və iri suüstü gəmilərin özünümüdafiəsi üçün nəzərdə tutulmuş orta tezlikli sistemdir.

“BlackFish” maşın öyrənilməsindən istifadə edərək sualtı obyektləri aşkarlaya, izləyə və təsnif edə bilir, onunla təkcə sualtı və yerüstü gəmiləri deyil, həm də dib minaları və torpedaları təchiz etmək olar.

"WhitePointer" sualtı rabitə sistemi istənilən kombinasiyada yerüstü gəmilər və dalğıclar, sualtı qayıqlar və sualtı platformalar arasında səs və məlumat ötürməyə qadirdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır