Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-24,
Seanews
Heyder Eliyev

“HD Hyundai” dünyanın ilk pilotsuz ticarət gəmisini yaratmağa çox yaxındır

“HD Hyundai”-nin törəmə şirkəti olan “Korea Shipbuilding & Offshore Engineering” (“KSOE”) Amerika Gəmiçilik Bürosu (“ABS”) ilə anlaşma memorandumu imzalayıb.

“Seanews.az” xəbər verir ki, imzalanma mərasimi Las-Veqasda 2023-cü il istehlak elektronikası sərgisi çərçivəsində baş tutub.

Sənəd pilotsuz gəmilər üçün avtomatik mühərriklərin və təhlükəsizlik idarəetmə sistemlərinin işlənib hazırlanmasını nəzərdə tutur.

Memoranduma uyğun olaraq şirkətlər 2024-cü ilə qədər “HD Hyundai HiCBM” və “HiCAMS” sistemlərini real gəmidə sınaqdan keçirəcəklər. Süni intellektə əsaslanan sistemlər gəmilərə öz əsas funksiyalarını avtomatik müəyyən etməyə, yanğın və ya digər problemlər kimi gözlənilməz hadisələrin öhdəsindən gəlməyə imkan verəcək.

2022-ci ilin sentyabrında “KSOE” şirkəti “ABS”-dən iki sistemin tətbiqi üçün razılıq aldı. “Hyundai HD”-nin özünün naviqasiya texnologiyası üzrə törəmə şirkəti olan “Avikus”-da öz avtomatik naviqasiya sistemlərini böyük ticarət gəmisinə quraşdırdı və 2022-ci ilin iyun ayında dünyanın ilk avtonom transokean səfərini uğurla başa vurdu.

Qeyd edək ki, “HiCBM” və “HiCAMS” sistemlərinin sınaqları uğurla başa çatarsa, sınaqların keçirildiyi gəmi çox güman ki, dünyanın ilk pilotsuz ticarət gəmisi kimi tarixə düşəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır