Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

“Maersk Supply Service” şirkəti yeni gəmi ilə Avropa külək enerjisi bazarına çıxmağı planlaşdırır

“Maersk Supply Service” şirkəti Avropada artan dəniz külək enerjisi bazarı üçün uyğun yeni nəsil külək xidmət gəmilərinin hazırlanması məqsədi ilə mühəndislik şirkəti “GustoMSC” ilə müqavilə bağlayıb.

“Seanews.az”-ın məlumatına görə, yeni dizayn ABŞ-ın ərazi sularında fəaliyyət göstərmək üçün hazırlanmış mövcud fider gəmi konsepsiyasına əsaslanacaq. Yeni konsepsiya adi qaldırıcıdan 30%-dən çox səmərəli olacaq.

Bundan əlavə, yeni nəsil gəmi ilboyu işləyə biləcək, çünki hava şəraitindən demək olar ki, asılı olmayacaq. Bu funksiyalar birlikdə əməliyyat səmərəliliyinin artırılmasına və dəniz külək stansiyasından enerji istehsalı xərclərinin azaldılmasına kömək edəcək.

“Maersk Supply Service” və “GuscoMSC” texniki layihənin işlənib hazırlanmasını bu ilin sonunda başa çatdırmağı planlaşdırır.

Danimarkanın “Maersk Supply Service” şirkəti “A.P. Møller - Mærsk A/S”-nin (qərargahı Lyngby-də yerləşir) törəmə şirkətidir. Lövbərlərin  dərin sularda işləməsi üçün hazırlanması, yanalma, qazma qurğularının yerdəyişməsi və avadanlıqların istehsalat obyektlərinə daşınması kimi xidmətlər göstərir.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır