Çin sualtı qayıqları aşkarlama sistemi hazırlayıb
Çin dalğa texnologiyasına əsaslanan dünyada ilk sualtı qayıqları aşkarlama qurğusunu uğurla sınaqdan keçirib.
"Seanews.az" xəbər verir ki, terahers radarının sınağı Sarı dənizdə ölkənin şimal-şərqindəki Dalyan şəhəri yaxınlığında həyata keçirilib. Alimlər suyun səthində yayılan və onun titrəməsinə səbəb olan səs-küyü simulyasiya etmək üçün süni səs mənbəyindən istifadə ediblər. Sınaqlar zamanı cihaz amplitudası 10-100 nanometr olan siqnalı tuta bilib.
Gəminin heyəti naməlum sualtı hədəfin aşkarlanması ilə bağlı təlim həyəcanı üçün hərəkətlərin alqoritmini işləyib hazırlayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır