Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-09,
Seanews
Heyder Eliyev

Hidrogen yanacaq elementləri ilə işləyən ilk gəmi sınaq səfərini başa çatdırıb

Çinin hidrogen yanacaq elementləri ilə işləyən ilk gəmisi Yantszı çayında sınaq səfərini başa çatdırıb.

Bu barədə Çinin “China Daily” nəşri xəbər verir.

Mütəxəssislərin hesablamalarına görə, hidrogenlə işləyən “Sanxia Qingzhou-1” gəmisi adi yanacaqla işləyən gəmilərlə müqayisədə ildə 103,16 ton mazuta qənaət edəcək və karbon qazı emissiyalarını 343,67 ton azaldacaq.

Gəminin gövdəsi polad və alüminiumdan hazırlanıb. Ümumi uzunluğu 49,9 metr, eni 10,4 metr, hündürlüyü 3,2 metrdir. Hidrogen yanacaq elementinin gücü 500 kVt təşkil edir ki, bu da gəmiyə 200 km məsafə qət etməyə imkan verir.

İstifadəyə verildikdən sonra gəmi “Üç dərə” su anbarı ərazisində hərəkətə nəzarət, yoxlamalar, xilasetmə əməliyyatları və digər işlərə cəlb olunacaq.

Seanews.az

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır