Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-07-27,
Seanews
Heyder Eliyev

ABŞ-da nüvə sualtı qayıqları üçün ehtiyat hissələri 3D printerlə istehsal edilir

ABŞ-da 3D printerlərdən istifadə etməklə nüvə sualtı qayıqları üçün ehtiyat hissələri çap etməyə başlanılıb.

Bu barədə “Report” “Defence One” nəşrinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, ABŞ Hərbi Dəniz Qüvvələri sualtı qayıqların istehsalını, təmiri və texniki xidmətini vaxtında yerinə yetirmək üçün bu addımı dəstəkləyib.

Bu texnologiya ilə istehsal olunan hissələr artıq sualtı qayıqlarda quraşdırılmağa başlayıb. Qitələrarası ballistik raketlərə malik “Kolumbiya” və “Ohayo” sinifli sualtı qayıqları da bu siyahıya daxildir.

Pentaqonda sualtı qayıqların alınmasına cavabdeh olan kontr-admiral Conatan Rukerin sözlərinə görə, məsələn, klapanlar bu şəkildə hazırlanır:

“Bizə tamamilə yeni texnologiyalar lazımdır. Gəmi komponentlərinə baxsanız - döymə, tökmə, fitinqlər, klapanlar, bərkidicilər - biz 3D çapa keçmədən ehtiyac duyduğumuz sualtı qayıqların yaradılması və onların əməliyyatlarını dəstəkləmək tələbini ödəyə bilmərik”.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır