Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-06-17,
Seanews
Heyder Eliyev

Yeni nəsil pilotsuz avtonom gəmi tikiləcək

“Nichols Brothers Boat Builders” (“NBBB”, Vaşinqton ştatında) gəmiqayırma şirkəti ABŞ Müdafiə Nazirliyinin tabeliyində olan “DARPA” Tədqiqat və İnkişaf Agentliyi üçün pilotsuz avtonom gəmi tikəcək.

“Seanews.az” xəbər verir ki, “Serco North America” şirkəti “NOMARS” (“The No Manning Required Ship”) layihəsi çərçivəsində yeni nəsil suüstü dronun baş podratçısı və tərtibatçısıdır.

Proqramın bəyan edilmiş məqsədi gəmidə heyət olmadan uzun müddət avtonom şəkildə fəaliyyət göstərə bilən suüstü platforma hazırlamaqdır.

“Nichols Brothers Boat Builders” şirkətinin baş direktoru Gavin Higgins deyib ki, avtonom texnologiya vasitəsilə daha yüksək səmərəlilik təklif edən “NOMARS” proqramı gəmiqayırmada sərhədləri mümkün qədər genişləndirmək öhdəliyimizə uyğundur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır