Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-22,
Seanews
Heyder Eliyev

“K Line” gəmiçilik şirkəti Fransanın “hava ilanı” sistemləri istehsalçısını satın alıb

Yaponiyanın gəmiçilik şirkəti “K Line” yeni yaradılmış törəmə şirkəti “Oceanicwing” vasitəsilə Fransanın “hava ilanı” sistemləri istehsalçısı “Airseas”ı satın alıb.

“Seanews.az” xəbər verir ki, “K Line” gəmilərdən CO2 emissiyalarını 20% azaltmaq üçün külək enerjisini hərəkətə gətirən “hava ilanı”ndan istifadə edəcək.

"Seawing" adlanan “hava ilanı” sistemi istənilən növ gəmiyə quraşdırıla bilər", - press-relizdə deyilir.

“Splash”-a görə, “Airseas” istehsalı genişləndirmək və sistemə olan tələbatı ödəmək üçün Fransanın Nant şəhərində zavod tikir. Müəssisə 2026-cı ildə fəaliyyətə başlayacaq

“K Line” əsas müştəri kimi 51 “hava ilanı” sistemi üçün müqavilə imzalayıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır