Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-08,
Seanews
Heyder Eliyev

nizçilər üçün hazırlanmış proqrama yeni tövsiyələr əlavə ol

Dənizçilər üçün hazırlanmış ödənişsiz «Wellness at Sea» proqramına sağlam həyat tərzi mövzusunda yeni məsləhət və reseptlər əlavə olunub. “Sailors Society” xeyriyyə təşkilatının baş direktoru Sandra Uelç bu barədə məlumat verib.   “Dənizçilərin uzun sayahətlər zamanı keçirdikləri stress və yoruğunluq, onların həm fiziki, həm də psixoloji sağlamlığına mənfi təsir göstərə bilər. Umid edirik ki, yeni proqramda tətbiq olunan əlavələr uzun səyahətlər zamanı çətin iş şəraitində dənizçilərin qarşılaşdığı neqativ təsirləri minimuma endirəcək”- deyə, o bildirib. Seanews.az xəbər verir ki, proqrama əlavələr olunarkən  Böyük Britaniyanın dəniz və sahil mühafizəsi agentliyinin təqdim etdiyi statistika nəzərə alınıb. Yenilənmiş proqramda dənizçilər arasında geniş yayılmış ürək-damar, piylənmə, diabet və depressiya xəstəlikləri məsələlərinə xüsusi yer ayrılıb. Bu proqram həmçinin dənizçilərin rifahını yaxşılaşdıracaq sosial, emosional, fiziki, intellektual və mənəvi askpektlər üzrə onların gündəlik uğurlarını izləməyə imkan verəcək. «Wellness at Sea» Android və iPhone sistemləri ilə istifadə oluna bilər.   Ayla Allahverdiyeva


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır