Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-21,
Seanews
Heyder Eliyev

“Dəniz” qəzetinin növbəti nömrəsi işıq üzü görüb

“Dəniz” qəzetinin növbəti –  14 fevral 2020-ci il tarixli nömrəsi işıq üzü görüb.

Bu sayda regionun əsas tranzit və logistika mərkəzi olan Azərbaycanın mövqeyini daha da möhkəmləndirməsindən, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də təhlükəsizlik qaydalarına ciddi yanaşılmasından, Azərbaycanın növbəti – Xəzər dənizi ilə Adriatik dənizinin boru kəmərləri ilə birləşdirilməsi hədəfinin astanasında olmasından, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin hər 3 seqmentinin Azərbaycandan keçməsindən, ASCO-da gənclərin fiziki və mənəvi inkişafı üçün hər  şəraitin yaradılmasından, gələcəyin dənizçilərinin istehsalat təcrübələrini  ASCO-nun xarici sularda üzən gəmilərində keçmək imkanlarından, Azərbaycan Dövlət Dəniz Akademiyasında və onun tabeliyində olan Təlim-Tədris Mərkəzində gerçəkləşdirilən müxtəlif tədbirlərdən, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Xəzər dənizi bölgəsində PERS – “EcoPorts” sertifikatını alan ilk yükaşırma müəssisəsi olmasından, 1935-ci ildə Xəzər Dəniz Gəmiçiliyinin rəisi təyin olunmuş İvan Menyaylovun acı taleyindən, gəmilərdə ilkin tibbi yardımın göstərilməsi qaydalarından, Xəzər dənizinin duzlu suyunun şirinləşdirilməsindən, dünya sularında baş verən qəzalardan, gəmiçiliklə bağlı yeniliklərdən... bəhs edən yazılarla tanış ola bilərsiniz.

Daha ətraflı BURADAN oxuya bilərsiniz. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır