Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

“Dəniz” qəzetinin növbəti nömrəsi işıq üzü görüb

“Dəniz” qəzetinin növbəti –  8 noyabr 2019-cu il tarixli nömrəsi işıq üzü görüb.

Bu sayda ölkəmizin transmilli layihələrin reallaşmasında fəal iştirakından, Avroasiyanın nəqliyyat xəritəsini təzələyən BTQ dəmir yolunun Azərbaycanı tranzit daşımalar mərkəzinə çevirməsindən,  Çinin Sian şəhərindən yola düşən və Bakı-Tbilisi-Qars dəmir yolu ilə Ankaraya çatan “China Railway Express” yük qatarının noyabrın 6-da təntənəli şəkildə qarşılanma və buradan Avropaya yola salınma mərasimindən, möcüzələr şəhəri Neft Daşlarının 70 illik yubileyindən, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) “Bonus siyasəti”nin uğurla tətbiqindən, ətraf mühitə zərərin vurulmaması üçün qabaqlayıcı tədbirlərin görülməsindən,  Çili Respublikasının müvəqqəti işlər vəkilinin Bakı Gəmiqayırma Zavodunun rəhbərliyi ilə görüşündən, “Şimal axını” qaz kəmərinin vaxtında istifadəyə verilməsinin sual altında olmasından, beynəlxalq keyfiyyət standartlarının korporativ idarəetmədə tətbiqinin strateji planlaşdırmanı asanlaşdırmasından, TAP-ın yenidən Avropa İttifaqının ümumi maraq layihələri siyahısına daxil edilməsindən, Daşkənddə “Breakbulk Caspian-2019” adlı konfransda Azərbaycan ərazisindən keçən tranzit marşrutlarının üstünlüklərinin nümayiş etdirilməsindən, Çindən Bakı Beynəlxalq Dəniz Ticarət Limanına gələn konteynerlərin sayının 90 faiz artmasından, “Süleyman Vəzirov” borudüzən gəmisi heyətinin əmək nailiyyətlərindən, dünya ticarətinin inkişafının etibarlı və ucuz daşıma vasitəsi olan dəniz nəqliyyatının rolunun daha da artmasından, gələcəyin dənizçiləri hazırlanan Azərbaycan Dövlət Dəniz Akademiyasında gerçəkləşdirilən müxtəlif tədbirlərdən, dünya sularında baş verən qəzalardan, gəmiçiliklə bağlı yeniliklərdən... bəhs edən yazılarla tanış ola bilərsiniz.

Daha ətraflı BURADAN oxuya bilərsiniz


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır