Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2023-02-07,
Seanews
Heyder Eliyev

Türkiyə xarici hərbi gəmilərə xəbərdarlıq edib

Türkiyə digər ölkələrin Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərin öz ərazi sularına və ya dəniz limanlarına yaxınlaşmasına dair məlumat verməsi barədə xəbərdarlıq edib.

Ordu.az xəbər verir ki, bu barədə məlumat “Rəsmi Qəzet”də dərc olunub.

Türkiyə sularına daxil olmaq barədə məlumat ölkəyə məxsus dəniz sahillərindən beş dəniz milindən çox olmayan məsafədə radio ilə verilməlidir.

Sənəddə həmçinin qeyd edilib ki, xarici hərbi gəmilər Türkiyə ərazi sularında olarkən yerli hakimiyyət orqanlarının icazəsi olmadan göyərtəsində təyyarə, helikopter və pilotsuz uçuş aparatlarından istifadə edə bilməz.

Bənzər tələb dalğıclara da aiddir. Qəzet qeyd edib ki, təcili təmir, karantin nəzarəti ilə bağlı hallar istisnadır, lakin buna baxmayaraq, digər hallar türkiyəli mütəxəssislərin müşayiəti ilə aparılmalıdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır