Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-11-17,
Seanews
Heyder Eliyev

Süveyş kanalının gəmiçilik üçün açılmasından 157 il ötür

17 noyabr 1869-cu ildə dünya miqyasında əlamətdar hadisə baş verdi: Misirin şimal-şərqində Aralıq dənizi ilə Qırmızı dənizi birləşdirən Süveyş kanalının (ərb. Qanat əs-Suvays) gəmiçilik üçün təntənəli açılış mərasimi baş tutdu.

Kanaldan ilk olaraq göyərtəsində Fransa imperatriçəsi – III Napoleonun həyat yoldaşı Evgeniya və kanalın baş memarı, fransız mühəndis vikont Ferdinand Mari de Lessepsin olduğu “Eql” (“Égl”) yaxtası keçdi.

Kanalın tikintisi 11 ilə başa gəlmişdi. İlk mərhələlərdə torpaq işləri Misirin kasıb təbəqələrinin məcburi əməyindən istifadə edilməklə aparılmışdı.  Tikinti texniki baxımdan o qədər də mürəkkəb sayılmırdı: bu, heç bir şlüzü olmayan, sadəcə 163 km uzunluğunda bir xəndəyin qazılması idi. Buna baxmayaraq, layihə Misiri iflasa uğratdı və 1876-cı ildə ölkə müflis elan edildi. Bu, kreditor dövlətlərin – Fransa və İngiltərənin ölkə üzərində maliyyə nəzarətini bərqərar etməsinə səbəb oldu.

Kanalın açılışı dünya ticarətinə dərhal və əvəzsiz təsir etdi. Bu hadisədən altı ay əvvəl Birinci Transkontinental Dəmir Yolu istifadəyə verilmişdi və artıq bütün dünyanı rekord müddətdə dolaşmaq mümkün idi.

Kanal su nəqliyyatına Afrikanı dolaşmadan, Avropa ilə Asiya arasında hər iki istiqamətdə hərəkət etməyə imkan yaratdı. Dünya ticərətinin inkişafina güclü təkan verən kanalın açılşı bununla belə, Afrikanın ekspansiyasında və sonrakı kolonizasiyasında da böyük rol oynadı...

Bu gün Süveyş kanalı Misir büdcəsinin əsas mənbələrindən biridir. Ölkəyə ildə 6 milyard dollardan çox gəlir gətirir. Husilərin Qırmızı dənizdə 2023-cü ildə başlayan hücumlarına qədər hətta bu rəqəm 10 milyarda qədər yüksəlib. Dolayısı ilə kanal ölkəyə neft və turizm qədər xeyir verir.

Dünya miqyasında əhəmiyyətinə gəldikdə isə Süveyş kanalı təkcə coğrafi məsafələri qısaltmadı; o, dünya ticarətinin və dənizçilik tarixinin gedişatını həmişəlik dəyişdi.

 

Sevda Abdullayeva — İctimaiyyətlə əlaqələr departamentinin mütəxəssisi 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır