Təcrübədən peşəkar fəaliyyətə
ASCO-da bir qrup gənc üçün başlayan təcrübə yolu peşəkar fəaliyyətə çevrilib.
AZCON Holding-in təşəbbüsü, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Elm və Təhsil Nazirliyinin əməkdaşlığı çərçivəsində reallaşan “Rəqəmsal körpü” yay təcrübə proqramının II dalğasında ASCO-da təcrübə keçmiş 6 tələbədən 3-ü artıq komandanın üzvüdür.
Təcrübə müddətində bilik və bacarıqlarını real layihələr və iş proseslərində sınayan Nicat Əhmədov, Həmid Ağabəyov və Nəzrin Əliyeva yüksək nəticələr əldə etdikləri üçün seçiliblər. Onlar ASCO-nun İnformasiya texnologiyaları departamentində işə qəbul olunublar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

