Cənubi Koreya daha təkmil naviqasiya xəritələrini dəniz sınaqlarından keçirir
Cənubi Koreya tədqiqatçıları avtonom gəmilərin dənizdə dəyişən şəraiti daha dəqiq qiymətləndirməsinə kömək edəcək süni intellekt əsaslı naviqasiya sisteminin dəniz sınaqlarını başa çatdırıblar.
“Seanews.az” xəbər verir ki, Mokpo Milli Dəniz Universiteti sınaqları “Segero” təlim gəmisində həyata keçirib. Tədqiqat çərçivəsində yeni rəqəmsal hidroqrafik məlumatların süni intellekt əsaslı marşrut planlaşdırılması və naviqasiya sistemlərinə inteqrasiyası yoxlanılıb. Layihə ağıllı gəmilər üçün standartlaşdırılmış hidroqrafik məlumatların hazırlanmasına dair milli proqramın bir hissəsidir.
Sistem gəmilərin körpülərin altından təhlükəsiz keçib-keçə bilməməsini müəyyənləşdirmək üçün dinamik hündürlük hesablamalarını, naviqasiya buoylarının xəritədə göstərilən mövqelərindən mümkün yayınmalarını, hava və dəniz şəraitini, eləcə də gəmi hərəkətinin sıxlığını nəzərə alır.
Universitet bu texnologiyanın “Samsung Heavy Industries” şirkətinin avtonom naviqasiya sistemləri ilə uyğunlaşdırılması üzərində də işləyir.
Bundan əlavə, tədqiqatçılar dinamik keçid hündürlüyünün hesablanması modelini Beynəlxalq Hidroqrafiya Təşkilatının (IHO) S-129 standartına daxil etmək imkanını araşdırırlar.

