Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-02-28,
Seanews
Heyder Eliyev

Tayvanın ilk sualtı qayığının dəniz sınaqlarının gecikdirilməsi xəbərləri həqiqətə uyğun deyil

Tayvanın ilk sualtı qayığı “Hai Kun”-un (“Narwhal”) qəbul sınaqları bu ilin aprelində keçiriləcək.

“Seanews.az” “Taiwan News”-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə adanın müdafiə departamentinin nümayəndəsi Sun Lifan məlumat verib.

O deyib ki, "Narwhal” sınaqları əvvəlcədən planlaşdırıldığı kimi davam edəcək.

Keçən həftə bir neçə yerli KİV sualtı gəminin liman sınaqlarının qrafikdən geri qaldığını və apreldə tamamlanmayacağını, bu da dəniz qəbulu sınaqlarını gecikdirə biləcəyini bildirmişdi. Lakin Tayvanın müdafiə nazirliyi bu məlumatı təkzib edir.

Yeddi sualtı qayığın tikintisi layihəsi Tayvana 8,88 milyard dollara başa gələcək.

Qeyd edək ki, Tayvan özünün istehsalı olan ilk sualtı qayığını 2024-cü ilin iyulunda suya buraxıb. Onun donanmaya 2025-ci ilin noyabrında təhvil verilməsi planlaşdırılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır