Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-11-11,
Seanews
Heyder Eliyev

Xəzərdənkənar sularda istismar edilən “Kəlbəcər” tankeri əsaslı təmir olunub

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus “Kəlbəcər” tankerinin ilk əsaslı təmiri başa çatıb.

Xəzərdənkənar sularda fəaliyyət göstərən gəminin təmiri Türkiyənin Tuzla təmir bölgəsində yerləşən “Kuzey Star” tərsanəsində həyata keçirilib.

Tankerin baş mühərrikləri, qazanı, kompressorları, eləcə də digər mexanizm və sistemləri təmir edilib. Həmçinin gəminin gövdəsində köhnə boya örtüyü təmizlənib, qaynaq və rənglənmə işləri aparılıb.

Təmirdən sonra zəruri sınaqlardan uğurla keçən tanker yenidən beynəlxalq yükdaşımalara cəlb olunub. “Kəlbəcər” ilk reysini Burqas–Kulevi limanları arasında həyata keçirib.

Yeni nəsil tankerin uzunluğu 141 metr, eni 16,9 metr, bortunun hündürlüyü isə 6 metrdir. 15 nəfərlik heyətlə idarə olunan gəmi saatda 10 uzel sürətlə hərəkət edir. Xam neft və neft məhsullarının daşınması üçün nəzərdə tutulan tankerin dedveyti 7 786 tondur.

Gəmi 10 sentyabr 2021-ci ildə istismara verilib və həmin vaxtdan Azərbaycan bayrağı altında beynəlxalq sularda fəaliyyət göstərir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır