Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-11-10,
Seanews
Heyder Eliyev

Dron hücumuna məruz qalan gəmidə insan qalıqları aşkarlanıb

Bolqarıstanın Varna şəhərində təmirə aparılan və oktyabrın 15-də Rumıniya sahillərində dron hücumuna məruz qalan “Wine Trader” tankerində insan qalıqları aşkarlanıb. İlkin ehtimala görə, qalıqlar itkin düşmüş yeddi dənizçidən bəzilərinə aid ola bilər.

“Seanews.az” xəbər verir ki, 6259 ton dedveytə malik tanker Rumıniya sahillərindən təxminən 13 dəniz mili aralıda lövbərdə olarkən hücuma məruz qalıb. Hadisə zamanı gəmidəki beş dənizçi Rumıniya tərəfindən xilas edilib, digər yeddi nəfər isə itkin düşmüş hesab olunub.

Gəmi noyabrın əvvəlində təmir üçün Varna şəhərindəki gəmi təmiri müəssisəsinə yedəklənib. Qalıqlar gəmidəki dağıntıların təmizlənməsi zamanı tapılıb. Varna Rayon Prokurorluğu ölənlərin kimliyini müəyyənləşdirmək üçün DNT analizinin təyin edildiyini bildirib. Bolqarıstan mediasının Daxili İşlər Nazirliyinə istinadən yaydığı məlumata görə, itkin düşmüş yeddi dənizçidən altısının qalıqlarının gəmidə olduğu ehtimal edilir.

1989-cu ildə inşa edilən və San-Marino bayrağı altında üzən “Wine Trader” son həftələrdə Bolqarıstan və Rumıniya sahillərində hücuma məruz qalan azı doqquz gəmidən biridir. Hücumlarla bağlı istintaqa Rumıniya rəhbərlik edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır