Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-11-11,
Seanews
Heyder Eliyev

Qara dənizdə gəmiçilik fəaliyyəti 37% azalıb

Ticarət gəmilərinə və liman infrastrukturuna hücumların artması fonunda Qara dənizdə gəmiçilik fəaliyyəti ötən illə müqayisədə 37% azalıb.

“Seanews.az” xəbər verir ki, Ukraynanın “Intent” nəşri bu barədə  məlumat yayıb.

Məlumata əsasən, 2026-cı ilin oktyabrında regionun sularında dedveyti 1 000 tondan çox olan 1 370 yük gəmisi fəaliyyət göstərib. Mart ayında isə bu göstərici 2 091 olub. Mart ayından etibarən gəmiçilik fəaliyyəti hər ay azalıb, ən kəskin geriləmə isə avqustda qeydə alınıb. Həmin ay gəmilərin sayı 10%-dən çox azalıb.

Xüsusilə konteyner və quru yük gəmilərinin fəaliyyəti zəifləyib. İyundan bəri bu tip gəmilərin Qara dənizdəki sayı təxminən iki dəfə azalıb.

Analitiklər bunu atəşə tutulma təhlükəsi səbəbindən gəmi sahiblərinin regionda üzmə risklərini yenidən qiymətləndirməsi ilə əlaqələndirirlər. Eyni zamanda, yüksək riskli marşrutlarda gəmilərin sığortalanması xərcləri də artıb.

Məlumatda bildirilir ki, 2026-cı ilin əvvəlindən bəri Qara dənizdə 570-dən çox gəmi hücuma məruz qalıb, azı 40 dənizçi həlak olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır