Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-29,
Seanews
Heyder Eliyev

Qara dənizdə konteyner gəmisi dron hücumuna məruz qalıb

Qara dənizin qərb hissəsində, Bolqarıstan sahilləri yaxınlığında Yunanıstana məxsus “Contship Jet” konteyner gəmisinə dəniz dronu ilə hücum edilib. Bolqarıstan Hərbi Dəniz Qüvvələri gəminin 18 nəfərlik heyətini xilas edib.

“Seanews.az” xarici mediaya istinadla xəbər verir ki, hadisə oktyabrın 28-də, Varna şəhəri yaxınlığında, Kaliakra burnundan 17 dəniz mili şərqdə baş verib. Üç dronun hücumundan sonra gəmidə yanğın başlayıb və gəmi ciddi şəkildə yana əyilib. Heyət üzvlərinin hamısının vəziyyətinin yaxşı olduğu bildirilir. Onlardan dördü Ukrayna, 14-ü isə Filippin vətəndaşıdır.

İsrailin Aşdod və Hayfa limanlarından yola çıxan, 421 konteyner daşıyan gəmi ZIM şirkətinin marşrutu üzrə fəaliyyət göstərirdi.

Hadisə Bolqarıstan, Rumıniya və Türkiyənin müdafiə nazirlərinin dəniz təhlükəsizliyini müzakirə etdiyi vaxt baş verib. Nazirlər kommersiya gəmilərinə və dəniz infrastrukturuna hücumların dərhal dayandırılmasına çağırıblar. Tərəflər kəşfiyyat məlumatlarının mübadiləsini gücləndirmək və erkən xəbərdarlıq sistemlərini təkmilləşdirmək barədə razılığa gəliblər.

Məlumatlara görə, oktyabrın əvvəlindən Qara dənizin qərb hissəsində hücuma məruz qalan doqquzuncu gəmi “Contship Jet” olub. Bu hücumlar nəticəsində ümumilikdə 34 dənizçinin həlak olduğu və ya itkin düşdüyü bildirilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır