Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-28,
Seanews
Heyder Eliyev

Yaponiya 2030-cu ilədək ammonyakla işləyən gəmilər üçün ilk yanacaq təchizatı zəncirini yaratmağı hədəfləyir

Yaponiyada 2030-cu ilədək ammonyakla işləyən avtomobil daşıyan gəmilər üçün yanacaq təchizatı zənciri yaradılacaq. Bu məqsədlə ölkənin bir sıra iri gəmiçilik və enerji şirkətləri birgə layihəyə başlayıb.

“Seanews.az” xəbər verir ki, layihə çərçivəsində “JERA” şirkəti Hindistan da daxil olmaqla müxtəlif mənbələrdən bərpaolunan enerji ilə istehsal edilən yaşıl ammonyak tədarük edəcək. Həmçinin yanacağın gəmilərə yüklənməsi üçün infrastruktur yaradılacaq.

“Kyokuyo Shipyard” şirkəti 2030-cu ildə təhvil verilməsi planlaşdırılan ammonyak yanacaqdoldurma gəmisini inşa edəcək. “NYK” və “K Line” şirkətləri isə yanacağın gəmilərə tədarükünü təşkil edəcək.

“NYK” və “K Line” üçün hərəyə iki olmaqla, ümumilikdə dörd ammonyakla işləyən avtomobil daşıyan gəminin də 2030-cu ildə istismara verilməsi nəzərdə tutulur. Gəmilər Trans-Sakit okean səfərini yalnız ammonyak yanacağı ilə həyata keçirə biləcək.

Layihə iştirakçıları bildirirlər ki, bu təşəbbüs beynəlxalq gəmiçiliyin karbon emissiyalarının azaldılmasına və aşağı karbonlu ammonyak bazarının inkişafına töhfə verəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır