Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-10-29,
Seanews
Heyder Eliyev

Musandam yarımadası yaxınlığında tankerdə yanğın baş verib

Hörmüz boğazının Oman sahillərində, Xəsəb limanından təxminən 9 dəniz mili şimalda tanker yanıb. Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsinə (UKMTO) bununla bağlı oktyabrın 29-da, saat 03:00-da (UTC) məlumat daxil olub.

“Seanews.az” xarici mediaya istinadla xəbər verir ki, UKMTO hadisə barədə yaxınlıqdan keçən gəminin kapitanından məlumat alıb. Tankerin heyətinin vəziyyəti hələlik məlum deyil.

Dəniz təhlükəsizliyi üzrə “Vanguard Tech” şirkəti isə ayrıca olaraq tankerin mərmi ilə vurulduğunu və böyük hissəsinin suyun altında qaldığını bildirib. Məlumata görə, yaxınlıqda olan başqa bir gəmi ona yardım göstərməyə çalışıb. Lakin hücumun səbəbi UKMTO tərəfindən hələ təsdiqlənməyib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır